Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqını dağıtmaq üçün Macarıstanın baş naziri Viktor Orban kartını oynaya bilər.
Reyting.az xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində ABŞ-nın Avropa İttifaqındakı (Aİ) keçmiş səfiri Entoni Qardner deyib.
E. Qardner şübhələnir ki, D. Tramp Avropa İttifaqının dağılmasını istəyə bilər. “Bu, “Brexit”-in əla ideya olduğunu və daha çox lazım olduğunu düşünən bir adamdır”, - deyə Qardner əlavə edib.
E. KAMAL