Tramp Avropa İttifaqının parçalanmasını istəyirdi Qardner

10.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Dolad Tramp hakimiyyətdə olduğu dövrdə Avropa İttifaqının dağılmasını istəyirdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Avropa İttifaqındakı keçmiş səfiri Entoni Qardner “Politico” qəzetinə bildirib.

Qardnerin fikrincə, Tramp prezidentliyinin ikinci dövründə Aİ ilə münasibətlərində Macarıstanın baş naziri Viktor Orbanın dəstəyinə güvənəcək. Orban tez-tez ittifaqı tənqid edir və bu yanaşmanın Aİ-nin hazırkı həssas vəziyyətində uğurlu ola biləcəyini bildirib.

Dekabrın 1-də "The Wall Street Journal" qəzeti diplomatlara və məmurlara istinadən yazıb ki, Avropa İttifaqı Tramp ilə münasibətləri yaxınlaşdırmaq üçün ABŞ-dan daha çox mal almaq məsələsini nəzərdən keçirə bilər.
Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью