Tramp Avropanı Rusiyadan neft alımını dayandırmağa çağırdı

16.09.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp yenidən Avropa ölkələrinə Rusiyadan neft alımını dayandırmağı tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp Britaniyaya səfər etməzdən əvvəl Ağ Evdə jurnalistlərə açıqlama verib. 

“Avropa Rusiyadan neft alımını dayandırmalıdır, bu aydındır”, – deyə ABŞ prezidenti bildirib.

Tramp Avropa liderləri ilə danışığı zamanı onlardan Rusiyadan neft alımını dayandırmağı tələb edib. ABŞ prezidenti həmçinin Çin üzərinə iqtisadi təzyiq göstərilməsini tələb edib, çünki Pekin Ukraynada hərbi münaqişə kontekstində Moskvaya dəstək verir.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью