“Tramp Avropanı Rusiyanın əliylə dağıdacaq...” | Icma.az
Icma.az bildirir, Moderator.az portalına istinadən. “Trampın bü günə qədər bir dənə də olsun sərsəm bəyanatı olmayıb.
O öz ölkəsinin qüdrətinə arxalanıb və heç kimdən çəkinmədən öz fikrini açıq deyib.
Sərsəm siyasətçilər isə ABŞ-nin sonuncu prezidentləridir...” Siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşıyla qısa telefon söhbətində ABŞ-nin yeni seşilmiş prezidenti Donald Trampın hələ Ağ Evə gəlməmişdən verdiyi ağlasığmaz bəyanatlar, 20 Yanvardan sonra gözlənilən siyasi addımları haqda danışıb və gözlənilməz fikirlər səsləndirib.
-Tahir müəllim, sizcə, hələ Ağ Evə gəlməmiş gözlənilməz, ABŞ üçün, demokratik dünya üçün ağlasığmaz bəyanatlar verən Tramp nə etmək fikrindədir?
Görəsən, o birbaşa hakimiyyət kürsüsünə oturandan sonra da belə sərsəm bəyanatları davam etdirəcək?
-Donald Trampın bütün bəyanatları ABŞ-nin bütün maraqlarını özündə əks etdirir.
Bunlar yeni seçilmiş prezidentin öz ölkəsini bir nömrəli fövqəldövlət etmək üçün yönəldilən fikirlərdir.
Tramp ABŞ dəyərlərini heç etmiş liberalların qənimidir. Yeni nyuproteksionist siyasətin banisidir.
Tam oxu
Xəbəri oxu