Tramp Avropaya SƏSLƏNDİ: İki şey sizi öldürür”

04.08.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya və enerji siyasətinin Avropa üçün ən böyük problemlər olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

"Avropanı iki şey öldürür. Birincisi miqrasiya, ikincisi isə energetikadır", - deyə Tramp bildirib. Sezar pizza

Ağ Evin rəhbəri qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına çağırıb.

"Miqrasiya Avropa üçün nəhəng problemdir. Siz çox sayda insan qəbul edirsiniz və onların əksəriyyəti sizə kömək etməyəcək", - deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, iyulun sonunda Şimali Afrikada yerləşən və Mərakeşlə həmsərhəd olan İspaniyanın muxtar şəhəri Seuta kütləvi miqrasiya axını ilə üzləşmişdi. İspaniya hökuməti bölgəyə əlavə polis, Mülki Qvardiya və silahlı qüvvələrin bölmələrini göndərmişdi.

Şəhərin meri-prezidenti Xuan Xesus Vivas iyulun 31-də bildirmişdi ki, bir sutka ərzində təxminən 60 min nəfər Seutaya daxil olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью