Tramp ayrı seçkiliyi geri qaytarır?

19.03.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ Prezidenti Donald Trampın administrasiyası federal podratçılar üçün gözləmə otaqları, restoranlar və su fontanları kimi ayrı-ayrı obyektlərə qoyulan qadağanı ləğv edib.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ Ümumi Xidmətlər İdarəsinin yaydığı məlumata görə, bu qərar keçən ay verilib, amma mediada məlumat bu gün yayılıb.

Yanvarın 20-də vəzifəyə başlamasından bəri Tramp federal hökumətdə və özəl sektorda müxtəliflik, bərabərlik proqramlarını ləğv etmək məqsədilə bir neçə addım atıb.

Bu cür sərəncamlarından birində Tramp 1965-ci ildən bəri bərabər iş imkanları, icmaları qorumağa yönəlmiş ətraf mühit tədbirləri və federal müqaviləçilərin irqi, cinsi və dini kateqoriyalara əsaslanan "işçi qüvvəsi balansı" ilə bağlı icra siyasətini ləğv edib.

1965-ci il qanunu ayrı-seçkilik praktikasını sona çatdırmağı hədəfləyirdi. Federal və dövlət qanunları hələ də ayrı-seçkiliyi qadağan edir. Trampın yeni qərarı simvolik bir addım olsa da, insan haqları müdafiəçiləri bunu Trampın siyasətində bir tendensiya kimi qeyd etdilər. Onlar irqi ayrı-seçkiliyi geri qayıtmaq təəssüratı yarada biləcək hər hansı bir addımın arzuolunmaz olduğunu vurğulayıblar.

Amin Rızayev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью