Tramp “Azadlıq” radiosuna pul verəcək

04.02.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tramp “Azadlıq” radiosuna vəsait ayırdı.

"Cebheinfo.az" xarici KİV-ə istinadən xəbər verir ki, “Azadlıq” radiosu ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsi və bu ölkənin Konqresinin ayırdığı vəsait ilə maliyyələşdirilir.

Oktyabrın 1-də başa çatacaq 2026-cı maliyyə ili üzrə USAGM-ə 643 milyon dollar ayrılması nəzərdə tutulur.

2025-ci ilin martında Prezident D.Tramp büdcə xərclərinin optimallaşdırılması məqsədilə yeddi dövlət agentliyinin maliyyəsinin azaldılmasını nəzərdə tutan fərman imzalamışdı. Bu qurumlar arasında USAGM də var idi.

“Azadlıq” radiosu ötən bir ilə yaxın müddət ərzində maliyyə çətinliklərinə baxmayaraq, fəaliyyətini davam etdirib və sərt qənaət tədbirlərinə əl atmağa məcbur olub.

Qeyd edək ki, vaxtilə Donald Tramp administrasiyası “Azadlıq” radiosuna pul ayırmağı tamamilə dayandırmışdı. Şayiələrə görə, bu işdə İlon Maskın əli var, o, Trampı inandırıb ki, bu mediada çoxlu solçu ideyalar var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью