Tramp Azərbaycana qarşı qərəzli siyasi xətt tutan agentliyi bağladı

03.02.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yardım göstərən Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtondakı qərargahını bağlayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.

“Şöbənin binası bağlıdır və hazırda orada heç bir iş aparılmır. Bundan başqa, oradan agentliyin adı olan lövhə də çıxarılıb”, - deyə vurğulanıb.

Qeyd edək ki, Tramp bundan əvvəl USAİD əməkdaşlarını təhqir edərək onları “dəli radikallar” adlandırıb. 

Xatırladaq ki, bu təşkilat dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirdi.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью