Tramp Azərbaycanın Konstitusiya günündə Ermənistana gələcək... “PAST“

01.11.2025

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Bizdə olan məlumata görə, ABŞ prezidenti Donald Trampın oğlu kiçik Tramp noyabrın 12-də Ermənistana gələcək. Mənbələrimizin məlumatına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər var."

Moderator.az  xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bunu “Past” qəzeti yazır:

Nikol Paşinyanla görüşün planlaşdırılıb-planlaşdırılmadığı hələlik məlum deyil. Ehtimal olunur ki, səfər Ermənistanın ABŞ-a yeni təyin olunmuş səfiri Narek Mkrtçyan tərəfindən “bos”a(Paşinyana-S.L.) fəaliyyətinin effektivliyini sübut etmək məqsədilə təşkil edilib.

Xatırladaq ki, 12 noyabr Azərbaycanda Konstitusiya günüdür...

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью