“Tramp B‑2 bombardmançıları ilə İranı bombalaya bilər” RƏY

23.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ötən gün “UK Report” adlı səhifə X sosial şəbəkəsində məlumat yayıb ki, ABŞ-ın Yaxın Şərq istiqamətində hərbi hava aktivliyi artmaqda davam edir.

Mövzu ilə bağlı Gununsesi.info  -ya danışan siyasi analitik Asif Şəfəqqətovun fikrincə, Tramp üçüncü əməliyyatı Venesuela ssenarisi üzrə aparmaq istəyir:

“Yəni İran ətrafında hərbi qüvvələri cəmləşdirərək ölkəyə təhdid yaradır, bu təhdidi KİV vasitəsilə daha da gərginləşdirir, iqtisadi sanksiyaları sərtləşdirir və mümkün olarsa, dəniz blokadası təşkil etməyə çalışır (buna inanmıram).

Eyni zamanda, İran hakimiyyəti daxilində satqınlar tapmağa və onlarla sövdələşməyə cəhd göstərə bilər. Belə şəxslər tapılacağı halda, ya Venesuela ssenarisi üzrə hakimiyyətin ələ keçirilməsi, ya da sui-qəsd variantı gündəmə gələ bilər. Yeni hakimiyyət isə ABŞ-ın vassallığını qəbul edər.

Belə adamların tapılıb-tapılmayacağı sual altındadır. Əgər tapılmasa, genişmiqyaslı müharibə gözləmirəm. Çin və Rusiya İranı hərbi cəhətdən gücləndirə bilərlər və mətbuatın yazdığına görə, artıq bunu ediblər. Xainlərin vaxtında aşkar edilməsi və zərərsizləşdirilməsi isə İran təhlükəsizlik xidmətlərinin işidir.

Əlbəttə, Tramp B‑2 bombardmançıları ilə İranı bombalaya bilər. Lakin müvafiq razılaşma olmadan bunun mümkünlüyünə şübhə edirəm. İranı cəzasız şəkildə B‑2-lərlə bombalamaq asan olsaydı, ABŞ bunu çoxdan edərdi və salamat obyekt qalmazdı. Razılaşma olmadan və itki vermədən belə bir addım atılsa belə, bu, ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazalarını və İsraili zərbə altına qoyar. Bu isə Tramp üçün siyasi intihar deməkdir. Tramp isə intihara gedən siyasətçiyə oxşamır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью