Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən əvvəl Bakıda keçiriləcək COP29 toplantısına gələrsə, Rusiya onunla iqlim gündəmini müzakirə etməyə hazırdır.
Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndə Ruslan Edelgeriyev deyib.
“Yaxın günlərdə ilk beynəlxalq tədbir Bakıda olacaq. Hər kəs ora gələ bilər - prezident də, adi vətəndaş da. Biz məsləhətləşdik ki, qoy COP29, Azərbaycan olsun, dəvət göndərilsin. Cənab Tramp necə ki demişdi “əgər onu seçsələr, inauqurasiyaya kimi…”, - onda Bakıya gəlsin, danışaq. İqlim haqda, ekoloji layihə barədə… - çoxlu məsələlər var”, - Edelgeriyev bildirib.