Tramp bal zalının damında tikiləcək dron portunu təqdim etdi

01.06.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


ABŞ Prezidenti Donald Tramp Ağ Evin bal zalının damında tikiləcək dron bazasının süni intellektlə hazırlanmış şəkllərini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, ABŞ lideri sözügedən şəkilləri “Truth Social” sosial şəbəkə səhifəsində dərc edib.
Dövlət başçısı sosial şəbəkə səhifəsində gecə və gündüz olmaqla dronların və hərbçilərin təsvir olunduğu iki şəkil dərc edib.
“Ağ Evin bal zalındakı dron portu, ehtimal ki, dünyanın ən müasir portu olacaq!” - siyasətçi qeyd edib.
O əlavə edib ki, bu pilotsuz təyyarə bazası Vaşinqtonu uzun illər qoruyacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью