Tramp: Baş vermiş qəzada sağ qalan yoxdur

30.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 30 yanvar, AZƏRTAC

“Potomak çayı üzərində hərbi helikopterlə sərnişin təyyarəsinin havada toqquşması nəticəsində baş vermiş qəzada sağ qalan yoxdur”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinqdə deyib. O çıxışında öncə həlak olanları bir dəqiqəlik sükutla yad edib. Tramp çərşənbə gününün ABŞ xalqının, tarixinin qaranlıq və dözülməz bir gecəsi olduğunu deyib. “İndi iş bərpa mərhələsinə keçib”,- deyə ABŞ Prezidenti əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью