Tramp: Bayden bununla bağlı səhvlər etdi

09.01.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Cozef Bayden və onun administrasiyası Ukrayna ilə bağlı danışıqlarda çoxlu səhvlərə yol verib.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-ın gələcək prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

"Çoxlu səhvlərə yol verilib. Baydenin necə danışıqlar apardığını eşidəndə düşündüm ki, bu, müharibə ilə bitəcək", - deyə o qeyd edib.

Tramp vurğulayıb ki, Moskva mütəmadi olaraq Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatınının bir hissəsi olmamalı olduğunu deyirdi, lakin bir anda Bayden qərara gəldi ki, Kiyev NATO-ya daxil olmaq imkanı əldə etməlidir. /Report

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью