Tramp Bayden tərəfindən təsdiqlənmiş icra sərəncamlarını ləğv etdi

30.11.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp Bayden tərəfindən təsdiqlənmiş icra sərəncamlarını ləğv edib.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ mərkəzli Truth Social hesabında keçmiş Prezident Bayden tərəfindən imzalanan sənədlərlə bağlı açıqlama yayıb.

Tramp Bayden tərəfindən imzalanan sənədlərin təxminən 92 faizinin avtomatik imza üsulu ilə edildiyini iddia edərək, Baydenin birbaşa imzalamadığı prezident sərəncamlarının və digər sənədlərin ləğv edildiyini bildirib.

Sənədlərin imzalanma prosesində Baydenin iştirak etmədiyinə diqqət çəkən Tramp bu sənədlərin artıq heç bir “hüquqi qüvvəsinin qalmadığını” vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью