Статья не опубликована
Tramp Baydeni ABŞ nin ən pis prezidenti adlandırıb | Icma.az

Tramp Baydeni ABŞ nin ən pis prezidenti adlandırıb

16.04.2025

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp aprelin 16-da keçmiş dövlət başçısı Co Baydeni kəskin şəkildə tənqid edərək, onu ölkə tarixində “ən pis lider” adlandırıb.

“Yuxulu Co Bayden — ABŞ tarixindəki ən pis prezident — milyonlarla cinayətkarın, onların arasında qatillərin, narkotik alverçilərinin və dünyanın müxtəlif yerlərindən həbsxanalardan və psixiatrik xəstəxanalardan azad edilən insanların ölkəmizə daxil olmasına imkan verib. Bütün bunlar çox təhlükəli və pis planlaşdırılmış açıq sərhəd vasitəsilə baş verib”, – Tramp TruthSocial sosial şəbəkəsində yazıb.

O, əlavə edib ki, onun əsas missiyası bu “qatilləri və manyakları” ABŞ-dən çıxarmaqdır.

Mövsüm

Aznews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью