Tramp Baydeni ittiham etdi: Bu sahəni iflic vəziyyət saldı!

16.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin administrasiyasını ölkənin Federal Aviasiya Administrasiyasının (FAA) fəaliyyətini iflic vəziyyətinə salmaqda ittiham edib.

Axar.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Bayden administrasiyası Federal Aviasiya Administrasiyası üçün əsl fəlakət idi. Onların toxunduğu hər şey uğursuzluğa düçar oldu. Böyük məbləğdə vəsait səmərəsiz xərcləndi, köhnəlmiş və nasaz sistem isə əvvəlkindən daha pis vəziyyətə düşdü”, – Tramp bildirib.

Qeyd edək ki, noyabrın 13-də FAA-nın 22 regional uçuşları idarəetmə mərkəzində avadanlıqla bağlı problemlər səbəbindən təyyarələrin uçuşu müvəqqəti dayandırılıb. Qurum hadisə ilə bağlı araşdırmaya başlayıb.

Bu, 2023-cü ilin yanvarından bəri ABŞ miqyasında uçuşların ilk dəfə dayandırılmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью