Tramp Baydeni oğru adlandırdı

11.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya göndərilən Amerika vergi ödəyicilərinin vəsaitlərini mənimsəməkdə günahlandırıb.

Milli.Az bildirir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp sosial şəbəkə hesabında "baydenomika" adlanan Baydenin iqtisadi kursunun işləmə mexanizmini göstərən foto paylaşıb.

O, bildirib ki, "baydenomika" belə işləyir:

"Amerikalılar vergi ödəyirlər, Bayden onları Ukraynaya göndərir, ukraynalılar bu vəsaitləri Baydenin oğlu Hanter Baydenə ötürürlər, o isə bu pulları atasına qaytarır. Bunun ardınca isə Bayden oğlunu əfv edir".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью