Tramp Baydenin bu qadağasını ləğv edəcəyinə söz verdi

06.01.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin ABŞ-nin kontinental şelfində neft və qaz hasilatını qadağan etmək qərarını ləğv edəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Salem News" kanalında bildirib. 

“Mən görürəm ki, Bayden ABŞ-nin sahilyanı ərazilərinin 625 milyon akr (2,5 milyon kv. km. - red.) ərazisində bütün neft və qaz hasilatını qadağan edib”, - Tramp bildirib.

Onun sözlərinə görə, “bu, absurddur”.

“Mən bu qadağanı dərhal aradan qaldıracağam. Bizim heç kimdə olmayan həcmdə neft və qazımız var və biz ondan istifadə edəcəyik”.

Qeyd edək ki, yanvarın 6-da məlum olub ki, ABŞ Prezidenti Co Bayden ABŞ-nin Atlantik və Sakit okean sahilləri yaxınlığındakı şelfdə neft və qaz quyularının qazılmasını qadağan edib.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью