Tramp Baydenin həbs etdiyi müşaviri vəzifəyə gətirir

05.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Konqres binasına hücumla bağlı həbs cəzasını çəkən Ağ Evin keçmiş müşaviri Piter Navarro Donald Trampın ikinci administrasiyasında işə qayıdacaq.

Tramp özünün “Truth" sosial şəbəkəsində bildirib ki, onun ilk prezidentliyi dövründə ticarət müşaviri kimi çalışmış Navarro yeni dönəmdə ticarət və istehsal üzrə baş məsləhətçi olacaq.

Tramp yazıb ki, bu mövqe “Piterə Ağ Evdəki geniş təcrübəsindən, eləcə də siyasi təhlil və media əlaqələri sahəsində geniş bacarıqlarından istifadə etməyə imkan verir”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью