Tramp Baydenin keçmiş köməkçisinə vəzifə verdi

26.10.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Trampın Sülh Şurası Konqres və Vaşinqtondakı beyin mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində işlərə Co Baydenin Ağ Evdəki keçmiş köməkçisi Şelli Qrinspanı rəhbər təyin edib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, bu addımın məqsədi Trampın Qəzza üzrə sülh planına ikitərəfli dəstək toplamaqdır. Lakin Netanyahunun İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl müəyyən addımlar atmaqdan imtina etməsi planın irəliləməsini ləngidib.

Planın seçkilərdən və İsraildə yeni hökumətin formalaşmasından sonra yenidən sürət qazanacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью