Tramp Baydenin oğlunu əfv etməsinə qəzəblənib

02.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Co Baydenin oğlu Hunteri əfv etmək qərarı sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsidir”.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib. 

“Co Hunterə verilən əfv bir neçə ildir həbsdə olan 6 yanvar “girovlarını” əhatə edirmi? Bu, sui-istifadə və ədalətin pozulmasıdır”,- deyə Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, “girovlar” dedikdə,  2021-ci il yanvarın 6-da Kapitoliyə basqın edənləri nəzərdə tutur. Seçilmiş prezident və onun tərəfdarları bəzilərinin ədalətsiz şəkildə mühakimə olunduğunu və onlara siyasi məhbus kimi baxıldığını deyirlər.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью