Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Kantri musiqisinin əfsanəsi, məşhur amerikalı müğənni və bəstəkar Dolli Parton 80 yaşında vəfat edib.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, o, yaradıcılığı ərzində təxminən 3 min mahnı yazıb və onların əksəriyyətini özü ifa edib.
Ən məşhur əsərləri arasında “Jolene”, “9 to 5” və “I Will Always Love You” kimi mahnılar yer alıb.
Dəbdəbəli səhnə geyimləri və saç düzümü ilə diqqət çəkən müğənni mahnıya olan sevgisini belə ifadə edirdi:
“Bu, özümü ifadə etməyin bir yoludur. Bu, mənim üçün bir terapiya formasıdır”.
Aktrisa kimi də tanınan sənətçi “Steel Magnolias”, “Rhinestone” kimi filmlərdə rol alıb.
ABŞ Prezidenti Donald Tramp Dolli Partonun dünyasını dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə bayraqların bir həftə yarıya endirilməsi barədə qərar verib.