Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik

13.10.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ İranda həyata keçirdiyi əməliyyatlarda, bəlkə də, həddindən artıq irəli getdi, çünki indi Amerika kiminlə iş gördüyünü anlamır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İndi İran xalqının lideri yoxdur. Bu, problemdir. Ola bilsin, bu liderlərlə bağlı məsələdə (keçmiş ali rəhbər Əli Xamenei və digərlərinin öldürülməsi – red.) həddindən artıq irəli getdik, çünki indi kiminlə iş gördüyümüzü bilmirik”, - Tramp qeyd edib.

Xatırladaq ki, İranın Əli Xameneidən sonrakı Ali rəhbəri Müctəba Xamenei bu posta seçildiyi mart ayında bəri bir dəfə də ictimaiyyət qarşısına çıxmayıb, foto və ya videogörüntüsü dərc edilməyib. Bu müddətdə dövlət televiziyasında ancaq yazılı müraciətləri yayımlanıb. Müctəbanın ABŞ və İsrailin fevralın 28-də Tehrana hava zərbələrində ağır yaralandığı bildirilir. Həmin hücumda onun atası və sələfi Əli Xamenei ölüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью