Tramp: Beynəlxalq sabitləşdirmə qüvvələri tezliklə Qəzzada olacaq

07.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 7 noyabr, AZƏRTAC

“Beynəlxalq sabitləşdirmə qüvvələri tezliklə Qəzzada olacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, koalisiyada çox güclü ölkələr var.

“Bu, Yaxın Şərqdə sülh deməkdir. HƏMAS bunun çox kiçik bir hissəsidir. Onlar dediklərini etməsələr, özlərinə heç vaxt olmamış böyük problem yaradacaqlar. Hələlik hər şey yaxşı gedir. Prosesdə iştirak edən ölkələr Yaxın Şərqdə sülh görmək istəyirlər”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью