Tramp bəzi Avropa liderlərini bəyənmədiyini açıqlayıb

14.10.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Şarm əl-Şeyxdə keçirilən Qəzza sammitində ABŞ prezidenti Donald Tramp bəzi Avropa liderlərini bəyənmədiyini bildirib.

Doğru.az xəbər verir ki, Tramp çıxışında deyib: “Mən sizin bir çoxunuzu çoxdan tanıyıram. Siz mənim dostlarımsınız, siz gözəl insanlarsınız… Bəziləri var ki, heç bəyənmirəm”.

O, konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamayıb. Qeyd olunur ki, sammitin açılışında Amerika lideri Fransa prezidenti Emmanuel Makronla təxminən 30 saniyə əl sıxıb. Jurnalist Nik Sortor isə Makronun Misirdə foto çəkdirərkən Trampdan qorxmuş göründüyünü yazıb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью