Tramp bəzi ölkələrin Qəzzaya daxil olmağa hazır olduqlarını açıqlayıb

21.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 21 oktyabr, AZƏRTAC

Yaxın Şərqdə və ətraf bölgələrdəki indiki böyük müttəfiqlərimizdən çoxu açıq və güclü şəkildə mənə bildirdilər ki, əgər HƏMAS bizimlə razılaşmanı pozaraq səhv hərəkət etməyə davam edərsə, mənim xahişimlə Qəzzaya böyük bir qüvvə ilə daxil olmaq fürsətindən məmnun olacaqlar.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. Tramp bildirib ki, o, həmin ölkələrə və İsrailə hələ bunu etməmələrini deyib.

“HƏMAS-ın düzgün hərəkət edəcəyinə hələ də ümid var. Əgər bunu etməsələr, HƏMAS-ın sonu sürətli və çətin olacaq. Mən köməklə bağlı müraciət edən ölkələrə təşəkkürümü bildirmək istəyirəm”,- deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью