Tramp “Bibliya”ya əl basıb and içmədi

21.01.2025

Azpost saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni prezidenti Donald Tramp dünən keçirilmiş andiçmə mərasimi zamanı əlini “Bibliya”üzərinə qoymayıb.

AzPost bildirir ki, bununla bağlı görüntülər yayımlanıb.

Yeni seçilən prezident ənənəvi olaraq mərasim zamanı and içərkən əlini müqəddəs kitab üzərinə qoyur.

Tramp 2017-ci ildə andiçmə zamanı buna əməl etmişdi. O zaman ABŞ prezidenti Linkolna məxsus olmuş “Bibliya”ya and içmişdi.

2025-ci ildəki mərasim zamanı isə buna əməl etməyib. Birinci ledi Melani Tramp əlində müqəddəs kitabı tutsa da Tramp buna fikir verməyib.

Ondan fərqli olaraq vitse-prezident Vens əlini “Bibliya”ya basaraq and içib.

Baydendən fərqli olaraq dəyərlərə qayıdacağını deyən Trampın bu addımı qəribə qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью