Tramp bildirib ki, onun dövründə ABŞdə rəsmi olaraq yalnız iki cins olacaq

22.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, administrasiyasının yalnız kişi və qadın cinslərinin olduğu gender siyasətinə əməl edəcəyini bildirib.

APA xəbər verir ki, Tramp bunu Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest” konfransında deyib.

"Tramp Administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti ondan ibarət olacaq ki, yalnız iki cins var: kişi və qadın. Bu qədər mürəkkəb səslənmir, elə deyilmi?" – deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью