Tramp bir daha vurğulayıb ki, o, Putinlə tez bir zamanda danışacaq

26.01.2025

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə tez bir zamanda danışmağı gözlədiyini təkrarlayıb.

Bu barədə TASS Ağ Evin mətbuat fonduna istinadən yazır.

“O, danışmaq istəyir və biz tezliklə danışacağıq” dedi ABŞ prezidenti.

Daha əvvəl Putin Trampla görüşü vacib hesab etdiyini bildirmişdi.

Tramp həmçinin Rusiya lideri ilə dərhal görüşməyə hazır olduğunu açıqlayıb.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью