Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir müddətdir ictimaiyyət arasında görünməyən ABŞ Prezidenti Donald Trampın yeni görüntüsü yayılıb.
Təxminən bir həftədir rəsmi proqramda iştirak etməyən və mediadan uzaq olan 79 yaşlı Tramp dünən ilk dəfə ABŞ-də görüntülənib. Dünən çəkilən fotoda Trampın solğun və enerjisiz görünüşü diqqət çəkib.
Qeyd edək ki, Tramp son aylarda sağlamlıq problemləri ilə tez- tez gündəmə gəlir. Əlindəki yaralar və ayağındakı şişliklər səbəbindən Trampın ciddi sağlamlıq problemləri yaşadığı deyilir.
"AzPolitika.info"