Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk ilində Amerika iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlb edildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Vaşinqtonda çıxışı zamanı qeyd edib.
“Ölkəyə 18 trilyon dollarlıq investisiya qoyulub və daha çox investisiya gözlənilir”, - Tramp bildirib.
Ağ Ev rəhbəri qoyulan investisiyanı “qeyri-adi” adlandırıb.
“Ən böyük illik investisiya 3 trilyon dollar idi və bu, on il əvvəl baş vermişdi. Üstəlik, bu, bizim ölkə deyil, başqa bir ölkə idi. Bu gün Amerika iqtisadiyyatına illik 18 trilyon dollar investisiya cəlb edilib və ölkə daxilində minlərlə müəssisə, nəhəng fabriklər tikilir”, - Amerika lideri əlavə edib.
Qeyd edək ki, Tramp bundan əvvəl 2025-ci ilin sonuna qədər ABŞ iqtisadiyyatına digər ölkələrdən idxal edilən mallara tariflər vasitəsilə qoyulan investisiyaların həcminin 20 trilyon dolları keçə biləcəyini təxmin etmişdi.