Tramp: Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik

17.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 17 avqust, AZƏRTAC

Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Boğaz üzərində tam nəzarətimiz var. İran narahatedici addımlar ata bilər. Onlar suya mina yerləşdirə bilərlər və insanlar minaların milyardlarla dollarlıq gəmilərinə dəyməsini xoşlamırlar. Amma blokada çox təsirli olub. Bilirsiniz, biz nefti çıxarırıq. İndi bəlkə də bu, dayanacaq və ya daha da artacaq, amma həftədə milyonlarla barel neft çıxarırıq. Neft qiymətləri aşağı düşür və kəskin bir addım atmasaq, aşağı düşməyə davam edəcək. İran böyük problem içindədir”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью