Tramp: Biz bunu heç vaxt unutmayacağıq!

12.09.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp 11 sentyabr 2001-ci il terror hücumlarının 25-ci ildönümü ilə bağlı çıxışında qurbanları yad edib və ABŞ-ın gücünün əvvəlkindən daha yüksək olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən keçirilən anım mərasimində Amerika xalqının 11 sentyabr hücumlarından sonra göstərdiyi dözümlülükdən danışıb.

Həyat yoldaşı Melaniya Trampla birlikdə mərasimdə iştirak edən Tramp çıxışında terror hücumlarının qurbanlarının heç vaxt unudulmamalı olduğunu vurğulayıb. O deyib: “Bu gün biz dörddə bir əsr əvvəl onların adına verdiyimiz müqəddəs andı bir daha təsdiqləyirik. Biz heç vaxt, heç vaxt unutmayacağıq”.

Tramp bildirib ki, qurbanların xatirəsinin yaşadılması gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyır.

Təyyarə qəzasında və Pentaqonda həlak olanların adları bir-bir oxunduqdan sonra çıxış edən Tramp İranı da hədəf alaraq ABŞ-ın indiyədək olduğundan daha güclü olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью