Tramp bizi sındırmağa çalışır Baş nazir

29.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Aylardır xəbərdar etdiyim kimi, Amerika bizim torpağımızı, suyumuzu, resurslarımızı, ölkəmizi istəyir".

"Unikal" xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni deyib. 

O, ABŞ prezidenti Donald Trampın ABŞ-nin Kanadaya sahib çıxması üçün kanadalıları parçalamağa çalışdığı barədə xəbərdarlıq edib: "Biz ən yaxşıya ümid yox, ən pisə hazırlaşmalıyıq. Bunlar boş təhdidlər deyil. 

Prezident Tramp bizi sındırmağa çalışır ki, Amerika bizə sahib çıxsın. Bu, heç vaxt olmayacaq. Lakin biz həm də dünyamızın əsaslı şəkildə dəyişdiyi reallığını qəbul etməliyik".

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью