Tramp: Bizim qələbəmiz nefti ucuzlaşdıracaq

09.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ-ın İranla müharibəsi başa çatdıqdan sonra neftin qiyməti düşəcək. O, bu barədə "Truth Social" səhifəsində yazıb. “İranla müharibədə qalib gəldiyimiz zaman neftin qiyməti – digər qiymətlər kimi və hətta daha kəskin şəkildə – aşağı düşəcək", – deyən Tramp onu da qeyd edib ki, əvvəlcə neftin qiyməti bir qallon üçün 3 dollara, daha sonra isə tədricən 2 dollardan aşağı səviyyəyə enəcək: “Bütün bunlar tezliklə baş verəcək və İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək”.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью