Tramp BMT nin mənzil qərargahının Nyu Yorkdan köçürülməsinə qarşıdır

02.02.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Birləşmiş Ştatlar Prezidenti Donald Tramp BMT-nin mənzil-qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı olduğunu bildirib.
Newscenter.az xəbər verir ki, Aö Ev rəhbəri "Politico"ya verdiyi müsahibədə belə deyib.
"Düşünmürəm ki, BMT Nyu-Yorkdan, ABŞ-dan ayrılacaq. Çünki BMT-nin böyük potensialı var", - deyə o bildirib.
Tramp əlavə edib: "BMT-nin böyük potensialı var".
Prezident bəzi ölkələrin BMT üzvlük haqlarını ödəməməsi məsələsini asanlıqla həll edə biləcəyinə əminliyini ifadə edib:
"Əgər onlar Trampa müraciət etsəydilər, mən hamını NATO-nun ödənişi kimi ödəmə etməyə məcbur edərdim. Sadəcə bu ölkələrə zəng etməli olardım və onlar bir neçə dəqiqə ərzində bank çeklərini göndərəcəkdilər".
Tramp dəfələrlə BMT-ni sərt tənqid edərək, təşkilatın resurslarını səmərəsiz xərclədiyini və münaqişələrə son qoymaq üçün kifayət qədər tədbir görmədiyini deyib.
Qeyd edək ki, daha əvvəl "The New York Times" qəzeti BMT rəsmisinə istinadən xəbər vermişdi ki, qlobal təşkilatın vəsaiti tükənərsə, ya işini azaltmalı, ya da Nyu-Yorkdakı qərargahını bağlamalıdır.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью