Tramp Boltona qadağa qoydu

21.01.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp yeni sərəncamlar imzalamağa davam edir.

Donald Tramp  ABŞ təhlükəsizlik xidmətinin əməkdaşlarının məxfi məlumatlara çıxışını qadağan edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib. 

O, açıq məktubda  yalnız Co Baydenin oğlu Hanterin noutbukunun qalmaqallı məzmununu “Rusiyanın dezinformasiya əməliyyatı” adlandırıb və Qərb mediasına istinaddan başqa, Rusiyanın müdaxiləsinə dair heç bir sübut təqdim etməyib.

Həmçinin, sənəddə deyilir:

"Yeni sərəncamda aldadıcı koordinasiya ilə məşğul olan keçmiş kəşfiyyat rəsmiləri üçün bütün fəal təhlükəsizlik icazələrinin ləğv edilməsi nəzərdə tutulur".

Sərəncam, həmçinin 2019-cu ildə işdən çıxarıldıqdan sonra ABŞ-nin milli təhlükəsizliyinə xələl gətirən və məxfi məlumatlarla dolu memuar dərc etdirən  keçmiş müşavir Con Boltonun məxfi məlumatlarına çıxışı məhdudlaşdırır.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью