Tramp: Bombardmanlar xoşuma gəlmir | Icma.az
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağ Ev rəhbəri "Air Force One" təyyarəsində jurnalistlərlə söhbəti zamanı deyib ki, hər iki tərəfi müharibəni mümkün qədər tez bitirməyə çağırıb.
Amerikalılar Kanada və Qrenlandiyanın ilhaqına qarşıdırlar - SORĞU "Biz Rusiya ilə danışıqlar aparırıq. Mənim bombardmandan xoşum gəlmir.
Amma bombalama prosesi davam edir və hər həftə minlərlə gənc ölür.
Biz bunun dayanmasını istərdik", - ABŞ prezidenti mövcud durumdan gileylənib.
Tramp həmçinin bir daha əvvlki fikrini təkrar edərək deyib ki, əgər o, Baydeninz amanında ABŞ prezidenti olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi baş verməzdi.
Bundan bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin onun ölkəsinə endirdiyi zərbələrə Qərb ölkələrinin verdiyi reaksiyanı tənqid etmişdi.
Siyasətçinin sözlərinə görə, son bir həftə ərzində Rusiya Silahlı Qüvvələri Ukraynaya 1460-dan çox idarə olunan bomba atıb, 670 pilotsuz təyyarə və 30-dan çox müxtəlif raket buraxıb.
Tam oxu
Xəbəri oxu