Tramp “böyük hadisələr”in anonsunu verdi

22.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı münaqişə məsələsində “qərarvermə mərhələsində” olduğunu bildirib. O, yaxın vaxtlarda mühüm hadisələrin baş verəcəyinə işarə edib. Bu barədə jurnalist Trey Yinqst efirdə bunları söyləyib: “Az əvvəl Prezident Trampla İranla bağlı vəziyyət barədə danışdıq. O, “Fox News”a qərarvermə mərhələsində olduğunu və yaxın gələcəkdə çox böyük hadisələrin baş verəcəyini söylədi”. Yinqstin sözlərinə görə, söhbət zamanı Tramp üç mümkün ssenarini qeyd edib: “İranı məhv etmək, onun iqtisadi cəhətdən çürüməsinə imkan vermək və ya razılıq əldə etmək”.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью