Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan mal və xidmətlərə tətbiq edilən gömrük rüsumlarının 50%-ə qədər artırılmasını nəzərdə tutan fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, qərar Braziliya hökumətinin hərəkətlərinin "ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid" yaratdığı üçün qəbul edilib.
Həmçinin qeyd edilir ki, rüsumların artırılması Braziliyanın əvvəlki prezidenti Jair Bolsonarunun öz ölkəsində məhkəməsi ilə əlaqədar həyata keçirilir. ABŞ tərəfinin fikrincə, bu iş "siyasi motivlidir".