Tramp BRICS in bitdiyini elan edib

15.10.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Dobald BRICS-dəki ölkələrin bütün məhsullarına gömrük rüsumları tətbiq etdiyi üçün həmin dövlətlərin təşkilatdan kütləvi şəkildə çıxdığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə Argentina Prezidenti Xavyer Mili ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, bu təşkilatın məqsədi ABŞ dollarına hücum etmək idi, lakin indi BRICS haqqında heç kim danışmır.

“Mən dedim ki, bu oyunu oynamaq istəyirsinizsə, ABŞ-yə göndərilən bütün məhsullarınıza tariflər tətbiq edəcəm. Onlat isə dedilər ki, biz BRICS-dən ayrılırıq. Hamı BRICS-i tərk etdi və tərk etməyə də davam edirlər”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью