Tramp BRİCS üzvlərini hədələyib: Gedib başqa bir axmaq tapsınlar!

01.12.2024

Icma.az, Mia.az saytına istinadən bildirir.

"BRİCS ölkələri vahid valyuta və dollara alternativ pul vahidi yaratmaq fikrindən imtina etməlidir, yoxsa ABŞ-la ticarətdə 100%-lik gömrük rüsumları ilə qarşılaşacaqlar".

Mia.az xəbər verir ki, bu təhdidi ABŞ-ın yeni prezidenti Donald Tramp sosial media heabında yazıb.

O daha sonra belə davam edib: "Biz bu ölkələrdən nə yeni bir BRİCS pul vahidi, nə də güclü ABŞ dollarının yerini tutacaq başqa pul vahidini dəstəkləyəcəklərinə dair təəhhüd gözləyirik. Əks təqdirdə, 100%-lik gömrük vergisiylə qarşı-qarşıya qalacaqlar və möhtəşəm ABŞ iqtisadiyyatına satışlardan vaz keçmələri lazım gələcək. Gedib başqa bir axmaq tapsınlar!

BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil, buna cəhd edən hər hansı ölkə ABŞ-la əlaqələrə əlvida deməlidir".

Xatırladaq ki, son Kazan toplantısında BRİKS-in vahid pul məsələsi müzakirə olunsa da, qəbulu mümkün olmayıb.

Lamiyə

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью