Tramp brifinqdə jurnalistlə mübahisə etdi

10.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibinin iştirakı olmadan şəxsən brifinq keçirib. 

O, brifinqdə Rusiya Prezidenti Vladimir Putinə yerinə yetirilməmiş ultimatumlar barədə soruşan jurnalistlə mübahisə edib.

"Cebheinfo.az" xəbər verir ki, MS NOW müxbiri Trampın şəxsən son 22 ay ərzində atəşkəs barədə danışıqlar aparmaq üçün Putinə çoxsaylı müddət təyin etdiyini  xatırladıb.

"O, bizə qarşı vuruşur? Siz haradansınız?",- deyə Tramp cavab verib, sonra jurnalistin şəbəkəsi haqqında soruşub.

Sualın MS NOW nümayəndəsindən olduğunu öyrəndikdən sonra Tramp şəbəkəni "saxta xəbər" adlandırıb və onun tarixdə ən aşağı reytinqə malik olduğunu iddia edib. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью