Tramp BRİKS i hədəf aldı: “Dolları zəiflətməyə çalışırlar”

30.07.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp BRİKS assosiasiyasını tənqid edib.

Globalinfo.az-ın məlumatına görə, Tramp BRİKS-i “ABŞ-a qarşı birləşmiş ölkələr qrupu” adlandırıb və bu qurumun əsas hədəflərindən birinin dolların mövqeyini zəiflətmək olduğunu bildirib.

“BRİKS, əsasən ABŞ-a qarşı olan bir qrup ölkələrdir. İnanırsınızsa, Hindistan da onun içərisindədir”, – deyə Tramp Hindistan idxalına tətbiq etməyi planlaşdırdığı tariflərə toxunaraq qeyd edib.

Tramp əlavə edib ki, BRİKS assosiasiyası dolların əvəzini tapmaq üçün cəhdlər göstərsə də, bu qurumun uğursuzluğa düçar olduğunu düşünür:

“Bizim BRİKS adlı bu kiçik qrupumuz var. O, sürətlə sönür. Onlar dolları yerindən salmağa çalışırdılar”.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью