Tramp Britaniya Baş nazirini sərt tənqid edib

01.04.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyinə görə bir daha Böyük Britaniyanı tənqid edib.

O, bu barədə “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

ABŞ lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerdən şikayətlənib.

“Sizin (Britaniyanın) heç donanmanız belə yoxdur. Sizinki çox köhnədir və təyyarədaşıyan gəmiləriniz isə işləmədi. Starmerə nə edəcəyini deməyəcəm. Nə istəyirsə edə bilər. Mənim üçün fərqi yoxdur. Onun istədiyi ancaq bahalı külək dəyirmanlarıdır. Hansılar ki, sizin enerji qiymətlərinizi tavana yüksəldir”, - Tramp bildirib. /"Apa" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью