Tramp: Britaniya Ukraynada hücuma məruz qalacağı halda ABŞ kömək etməyəcək

28.02.2025

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

ABŞ prezidenti Donald Tramp, Britaniya qoşunlarının Ukraynada Rusiya tərəfindən hücuma məruz qalacağı təqdirdə Vaşinqtonun hərbi yardım edib-etməyəcəyi sualına mənfi cavab verib.

“Xeyr. Onlara kömək lazım deyil”, – deyə Tramp bildirib.

Məlumata görə, ABŞ lideri daha əvvəl eyni cavabı Fransa prezidenti Emmanuel Makrona da verib.

Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynaya sülhməramlı qüvvələr göndərmək üçün ABŞ-dan təhlükəsizlik zəmanəti tələb edirdi. Lakin Trampın bu bəyanatı onların planlarına ciddi maneə yarada bilər. Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью