Tramp: Britaniyanın baş naziri liberaldır, hər kəs mükəmməl ola bilməz

28.01.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keir Starmeri liberal hesab etsə də, onunla yaxşı münasibət qura biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Prezident bu barədə bazar ertəsi Ağ Evin mətbuat mərkəzindəki jurnalistlərə deyib.

Jurnalistlər ondan Britaniyanın baş naziri ilə bu yaxınlarda baş tutan söhbəti şərh etməsini istəyiblər.

"Çox yaxşı söhbət apardıq. Biz çox yaxşı anlaşırıq. O, liberaldır. Amma hər kəs mükəmməl ola bilməz", - deyə Tramp qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью