Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İngiltərənin Yaxın Şərqə göndərməyi düşündüyü gəmilərə ehtiyacımız yoxdur.
“Cebheinfo.az” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bu haqda sosial media hesabında paylaşım edib.
Tramp Britaniyanı bir vaxtlar bəlkə də ABŞ-ın ən böyük müttəfiqi kimi təsvir edərək deyib: "Baş nazir (Keir) Starmer, göndərməyi düşündüyünüz gəmilər bizə artıq lazım deyil. Amma bunu unutmayacağıq. Artıq qazandığımız müharibələrdə iştirak edən insanlara ehtiyacımız yoxdur”.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Starmer ABŞ-a dəstək üçün Yaxın Şərqə 2 gəmi göndərməyi düşündüklərini açıqlamışdı.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin