Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
36-cı NATO Liderlər Zirvəsindən sonra ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, mətbuata açıqlamasında Tramp bildirib ki, Rusiya ilə müharibə nəticəsində doğma torpaqlarından didərgin düşən ukraynalılar evlərinə qayıtmaq istəyirlər.
"Bir çox müharibəni dayandırmışıq. Amma həm Putin, həm də bu cənab çətin xarakterli insanlardır", – deyə o, Zelenskiyə işarə edib.
Tramp İranla bağlı da sərt mesajlar verib.
"Bu axşam da böyük ehtimalla İranı vuracağıq. Əgər belə qərar versəm, yəqin ki, əvvəlcədən xəbərdarlıq edəcəyəm. Biz İranın nüvə silahından məhrum edilməsi üzərində işləyirik. Görüş keçirəcəyik. Mənim ümidim rejim dəyişikliyi deyil. Onlar 47 ildir Yaxın Şərqin 'qabaqdangələnləri' olduqlarını düşünürlər, amma elə deyillər", – ABŞ Prezidenti bildirib.